Ermənistanda Putinin nəhəng şəkili ilə Qarabağ təxribatı - VİDEO

Ermənistanda Putinin nəhəng şəkili ilə Qarabağ təxribatı   - VİDEO
  19 Mart 2024    Oxunub:780
Ermənistanda revanşist qüvvələr növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar.
AzVision.az xəbər verir ki, radikal qruplar bu dəfə Rusiya prezidenti Vladimir Putinə yaltaqlanmaqla gündəmə gəliblər.

Paşinyanı fitə basaraq "xain" şüarları səsləndirdilər - VİDEO
İnternetdə yayılan görüntülərdə ermənilərin Sardarapad memorial kompleksində Putinin nəhəng fotosunun hazırlaması əks olunub. Video dron vasitəsilə çəkilib.

İddia olunur ki, məqsəd guya Rusiya liderini seçkilərə, siyasi uğurlarına görə təbrik etmək olub. Amma fotoda "Biz Rusiya ilə həmrəyik" şüarı ilə yanaşı keçmiş qondarma rejimin bayrağı, "Vaqner"in loqosu, Rusiya sülhməramlılarının emblemi və Azərbaycan ərazilərindəki abidələr də əks olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Təxribat   Ermənistan  





Xəbər lenti