ABŞ Nigerin Rusiya və İranla əlaqələrindən narahatdır

   ABŞ Nigerin Rusiya və İranla əlaqələrindən narahatdır
  19 Mart 2024    Oxunub:713
ABŞ hakimiyyəti Nigerin Rusiya və İranla əlaqələrinin mümkün inkişafından narahatdır.
Bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinq bildirib. “Amerika rəsmiləri Nigerin Rusiya və İranla potensial əlaqələri ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - Sinq jurnalistlərə bildirib.

Martın 17-də məlum olub ki, Niger öz ərazisində amerikalı hərbçilərin olması ilə bağlı ABŞ-la razılaşmanı pozub. Qərar ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Finin başçılıq etdiyi ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin ölkəyə səfərindən sonra verilib. Nümayəndə heyətinə ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli də daxil idi.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti