Dəniz nəqliyyatı ilə daşımaların həcmi açıqlanıb

   Dəniz nəqliyyatı ilə daşımaların həcmi açıqlanıb
  18 Mart 2024    Oxunub:589
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9 faiz artaraq, 4 min nəfər olub.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Müvafiq dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yükün həcmi isə 1273,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb.

Yükün 50,5 faizini neft və neft məhsulları, 1658,9 min tonunu (80%) təşkil edib. Limanlarda 2072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib,

2024-cü il mart ayının 1-dək limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub.

AzVision.az


Teqlər: dəniz-nəqliyyatı   sərnişin  





Xəbər lenti