Süni intellekt psixi xəstəliklərə diaqnoz qoyacaq

   Süni intellekt psixi xəstəliklərə diaqnoz qoyacaq
  18 Mart 2024    Oxunub:1117
Tailandda süni intellekt texnologiyası depressiya və intihara meyilli insanların müalicəsində sınaqdan keçirilir.
AzVision.az "Bangkok Post" qəzetinə istinadən xəbər verir ki, Tailand Milli Sağlamlıq İdarəsi (NHSO) "AI DMIND" adlı süni intellekt texnologiyası ilə xəstələrin psixi vəziyyətinin qiymətləndirilməsində uğurlu təcrübələr həyata keçirib.

Sözügedən süni intellekt texnologiyası Tailand Səhiyyə Nazirliyinin psixi sağlamlıq şöbəsi və və Banqkok Çulalonqkorn Universitetinin tibb və mühəndislik fakültələri tərəfindən ərsəyə gətirilib. Texnologiya xəstələrin səsyazılarına əsasən onlarda depressiya əlamətlərini və intihara meyllilik dərəcəsini aşkarlayır. Ölkənin tanınmış psixiatrları "AI DMIND"in irəli sürdüyü diaqnozların doğruluğunu qənaətbəxş sayırlar. Bildirilir ki, bu texnologiya xəstələrin müalicə prosesinin sürətləndirilməsinə mühüm töhfə verir.

(Çulalonqkorn Universitetinin tibb fakültəsinin dekan müavini Nicasri Çarnaronq)

Çulalonqkorn Universitetinin tibb fakültəsinin dekan müavini Nicasri Çarnaronq psixi pozğunluqların son illərdə artdığını vurğulayaraq, ölkədə ötən il 1,5 milyon insana diaqnoz qoyulduğunu, onların isə yalnız üçdə birinin müalicə kursuna başladığını dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Tailand   süni-intellekt   psixi-xəstəliklər  





Xəbər lenti