"Fövqəladə hallar könüllüləri" proqramının təlimləri yekunlaşıb

   "Fövqəladə hallar könüllüləri" proqramının təlimləri yekunlaşıb
  18 Mart 2024    Oxunub:612
Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə həyata keçirilən “Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Könüllülərlə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyi sistemində könüllü fəaliyyətin təşkili və həyata keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun sədri polkovnik Cəlil Quliyevin məlumatına görə, 2023-cü ilin oktyabr ayından fəaliyyətə başlayan proqram çərçivəsində könüllülər fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə, müvafiq infrastrukturun qurulması və s. mövzularda həm nəzəri, həm də praktik təlimlərə cəlb olunublar.

Təlimlər çərçivəsində proqram iştirakçıları Nazirliyin müvafiq qurumlarında fövqəladə hallar zamanı tətbiq edilən avadanlıqlarla yaxından tanış olaraq, istifadə qaydalarını mənimsəmək imkanı da əldə ediblər.

AzVision.az


Teqlər: FHN   proqram   təlim  





Xəbər lenti