Bu marşrut xətləri müsabiqəyə çıxarılır
Sənədlər 16 aprel saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Mingəçevit, Bakı-Şamaxı və Bakı-Zaqatala istiqamətlərində 5 Lot üzrə aprelin 30-da;
Bakı-Oğuz, Bakı-Zaqatala, Bakı-Qəbələ və Sumqayıt-Yalama (Xaçmaz) istiqamətlərində 4 Lot üzrə mayın 3-də;
Quba-Qusar istiqamətində, eləcə də paytaxtın 54 nömrəli şəhərdaxili, 123 və 156 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə 4 Lot üzrə mayın 7-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
AzVision.az
Teqlər: AYNA nəqliyyat müsabiqə