Xırdalandakı Mədəniyyət Mərkəzinin foyesində Bakı Türk Anadolu Liseyinin tələbələrinin və abşeronlu məktəblilərin çəkdiyi rəsm sərgisi açılıb. Gənclərin əl işlərinə baxış olub.
Mərkəzin akt zalında davam edən tədbirdə Atatürkün, Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid anası Xatirə İsmayılova, Türkiyənin səfiri Cahit Bağçı çıxış ediblər. Natiqlər martın 18-nin yalnız Türkiyənin deyil, dünya hərb tarixinə də ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının türk tarixinin şərəf nöqtəsi, qürur, qəhrəmanlıq və Zəfər dastanı olduğunu qeyd ediblər.
Sonra Çanaqqala savaşlarını əks etdirən “Bir Vətəndir Canaqqala” filmi nümayış olunub.
Bakı Türk Anadolu Liseyinin şagirdlərinin hazırladığı “Bir dastandır Çanaqqala” adlı bədii proqram təqdim edilib. Şagirdlər səhnəciklərdə türklərin tarix boyu qəhrəman və mübariz xalq olduğunu, igid məhmətçiklərin şücaətini məharətlə göstəriblər.
AzVision.az