Gəncədə gözdən əlil uşaqlar üçün Novruz şənliyi təşkil olunub
Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Reyhan Cəfərova və başqaları şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Novruz personajları uşaqlarla əyləncəli vaxt keçirib, onlarla bir yerdə oxuyub-oynayıb və rəqs ediblər.
Gəncədəki “Sərinim” şadlıq sarayında keçirilən bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, Novruz bayramına xas şirniyyat və fastfudlardan ibarət bayram süfrəsi açılıb, hədiyyələr təqdim edilib.
Novruz şənliyində 100-dən çox uşaq və onları müşayiət edən şəxslərin iştirakı təmin olunub.
AzVision.az