Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

   Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
  18 Mart 2024    Oxunub:864
Paytaxtın Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir velosiped oğurladığı da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   oğurluq  





Xəbər lenti