Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
2024-cü ilin ölkəmizin gələcəyi üçün mühüm ictimai-siyasi hadisə - növbədənkənar prezident seçkiləri ilə başladığını qeyd edən Tahir Budaqov İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dövlətimizin başçısının ötən 20 il ərzində respublikamıza möhtəşəm uğurlar və qələbələr qazandıran məqsədyönlü siyasətinin qanunauyğun nəticəsi olduğunu söyləyib. O, ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə imza atacağına əminliyini ifadə edib.
Sonra iclasın gündəliyi barədə məlumat verilib. İclasın müzakirəsinə YAP-ın 2023-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi və cari məsələlər çıxarılıb.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Anar İsgəndərov və Elmar Qasımov, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və Auditorlar Palatasının nümayəndəsi Elza Süleymanova çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. Sonra 2023-cü il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qanunvericiliyə uyğun olaraq maliyyə hesabatının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
AzVision.az