Meyvə-tərəvəz ixracından 2 ayda 100 mln. dollar gəlir götürülüb

   Meyvə-tərəvəz ixracından 2 ayda 100 mln. dollar gəlir götürülüb
  18 Mart 2024    Oxunub:893
2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 99 milyon 481 min ABŞ dolları dəyərində 87 min 71 ton meyvə-tərəvəz ixrac edilib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24.6% və ya 19.6 milyon ABŞ dolları, həcmi isə 28% və ya 19 min ton artıb. 2023-ci ilin ilk 2 ayında Azərbaycan 79 milyon 851 min ABŞ dolları dəyərində 68 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 30 milyon dollar dəyərində tomat (21.7 min ton) , 26.4 milyon dollar dəyərində xurma (33.3 min ton), 22,9 milyon dollar dəyərində meşə fındığı (3.8 min ton), 12.1 milyon dollar dəyərində alma (18.3 min ton ), 2,5 milyon dollar dəyərində nar (2.8 min ton), 198 min dollar dəyərində kartof (625 ton) olub.

Cari ilin yanvar-fevral aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.86%-ə bərabər olub.

AzVision.az


Teqlər: ixracat   gəlir   meyvə-tərəvəz  





Xəbər lenti