FİFA-dan Türkiyədə azarkeşlərlə futbolçular arasında dava ilə bağlı AÇIQLAMA

   FİFA-dan Türkiyədə azarkeşlərlə futbolçular arasında dava ilə bağlı    AÇIQLAMA
  18 Mart 2024    Oxunub:831
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino “Trabzonspor” – “Fənərbağça” matçından sonra azarkeşlərlə futbolçular arasında davaya görə Türkiyə hakimiyyətinə müraciət edib.
AzVision.az xəbər verir ki, onun bəyanatı "Instagram Stories"də dərc olunub

“Mən aidiyyatı qurumları bütün səviyyələrdə bu tələbə riayət olunmasını təmin etməyə və Trabzonda baş verən sarsıdıcı hadisələrə görə məsuliyyət daşıyanların əməllərinə görə cəzalandırmağa çağırıram” dedi.

Qeyd edək ki, “Trabzonspor” – “Fənərbağça” matçı Trabzonda baş tutub. Final fitindən sonra meydana çıxan azarkeş kütləsi rəqib komandanın futbolçularına hücum edib, onlara butulka ataraq əlbəyaxa davaya səbəb olublar. Hakimlər vəziyyəti sakitləşdirənə qədər futbolçular paltardəyişmə otağına sığınıblar.

Türkiyə Futbol Federasiyası (TFF) hadisəni araşdırmaq niyyətində olduğunu açıqlayıb. Günahkarların cəzalandırılacağı qeyd edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti