Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb

   Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb
  17 Mart 2024    Oxunub:996
Sumqayıtda müayinə olunmaq üçün xəstəxanaya gələn pasiyent növbədə ölüb .
Bu barədə AzVision.az -a Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Bildirilib ki, 16 mart 2024-cü il tarixində 1961-ci il təvəllüdlü Sara Nəcəfova Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli xəstəxanada nevroloq və qastereontoloq müayinəsindən keçib, MRT müayinəsi üçün göndəriş verilib.

Tibb müəssisəsində saat 18:15 radələrində S.Nəcəfovanın halı qəfil pisləşib. İlkin təxirəsalınmaz tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

S.Nəcəfova MRT müayinəsini gözləyərkən ondan əvvəl müayinədə 1 nəfər olub.

S.Nəcəfovanın ölüm səbəbi təşrihdən sonra məlum olacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti