Belçikanın Baş naziri qətərli həmkarı ilə görüşüb - FOTO

         Belçikanın Baş naziri qətərli həmkarı ilə görüşüb -  FOTO
  16 Mart 2024    Oxunub:864
Belçikanın Baş naziri Aleksandr De Kro qətərli həmkarı (həmçinin XİN rəhbəri) Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu ölkənin paytaxtı Dohada baş tutan görüşdə hökumət başçıları ikitərəfli əlaqələrlə yanaşı Qəzza zolağındakı cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar həmçinin regiona daha çox humanitar yardım çatdırılması zərurətini vurğulayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Belçika   Qətər   Baş-nazir   görüş  





Xəbər lenti