"Sabah" səfərdə qələbə qazanıb

"Sabah" səfərdə qələbə qazanıb
  16 Mart 2024    Oxunub:675
Basketbol üzrə Azərbaycan çempionatında XV turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, son çempion “Sabah” səfərdə “Cəlilabad”la qarşılaşıb. Cəlilabad Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 90:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 27-yə yüksəldən “Sabah” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Cəlilabad” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.

Turun əvvəl keçirilən oyunlarında "Neftçi" "Gəncə"yə, “NTD-İndiqo” "Sərhədçi"yə 84:74, "Xəzri isə "Xırdalan"a 106:82 hesabı ilə qalib gəlib. Tura martın 17-də reallaşacaq "Şəki" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti