Prezident: “Gürcüstanla qardaşlığımız dərin tarixi köklərə əsaslanır”

   Prezident:  “Gürcüstanla qardaşlığımız dərin tarixi köklərə əsaslanır”
  16 Mart 2024    Oxunub:709
“Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadırlar”.
AzVision.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulub”, - deyə Azərbaycan Prezidenti bildirib.
AzVision.az



Teqlər: Gürcüstan   Prezident  





Xəbər lenti