İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq”

   İlham Əliyev:    “Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq”
  16 Mart 2024    Oxunub:533
“Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması, hesab edirəm ki, böyük nailiyyətlərdən biridir”.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib:

“Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.

AzVision.az



Teqlər: Prezident  





Xəbər lenti