Prezident: “Gürcüstan ilə ticarət dövriyyəmiz keçən il 15 faiz artıb”

   Prezident:    “Gürcüstan ilə ticarət dövriyyəmiz keçən il 15 faiz artıb”
  16 Mart 2024    Oxunub:579
“Bizim ticarət dövriyyəmiz də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb”.
AzVision.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
AzVision.az



Teqlər: Gürcüstan   Prezident  





Xəbər lenti