Tozlu hava nə vaxtadək davam edəcək?

   Tozlu hava nə vaxtadək davam edəcək?
  16 Mart 2024    Oxunub:501
Martın15-i səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AzVision.az -a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”.

AzVision.az


Teqlər:





Xəbər lenti