Moskva İrəvana xəbərdarlıq etdi

   Moskva İrəvana xəbərdarlıq etdi
  16 Mart 2024    Oxunub:609
"Moskva Ermənistanı risklər barədə xəbərdarlıq etmək üçün onunla Qərb dövlətlərinin İrəvanın anti-Rusiya kursuna cəlb edilməsini müzakirə edir. Bəzi arqumentlər Ermənistan tərəfindən qəbul edilib".
Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Təəssüf ki, biz bu tendensiyanı çoxdan müşahidə edirik və bu haqda danışırıq. Biz erməni həmkarlarımız və tərəfdaşlarımızla çox məxfi şəkildə, yalnız bir məqsədlə danışırıq: xəbərdarlıq etmək", - Zaxarova bildirib.

O əlavə edib ki, Moskvanın bəzi arqumentləri Ermənistan tərəfindən qəbul edilib, hətta müəyyən tədbirlər görülüb.

“Biz çox yaxşı başa düşürük ki, dövlətlər və bütövlükdə kollektiv Qərb onilliklər, əsrlər boyu xoş niyyət pərdəsi altında ölkələrə və xalqlara alət kimi yanaşmaq üçün taktikalardan istifadə edir.

Əgər regionumuzda belə nümunələr olmasaydı, yəqin ki, ABŞ və kollektiv Qərbin bu taktikanı konkret olaraq postsovet məkanına tətbiq etməyəcəyini düşünmək olardı”.

Onun sözlərinə görə, Moskva səmimiyyətlə Ermənistandan öz suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət qurmasını istəyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti