Yük maşınları toqquşdu, sürücü xilas edildi - Video

   Yük maşınları toqquşdu, sürücü xilas edildi -    Video
  16 Mart 2024    Oxunub:610
Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində iki yük maşını toqquşub.
AzVision.az xəbər verir ki, yol-qəza hadisəsi zamanı “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1966-cı il təvəllüdlü Zeynalov Əfqan Böyükkişi oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti