Ağıllı insanlar üçün tanışlıq saytı

Ağıllı insanlar üçün tanışlıq saytı
  28 İyun 2014    Oxunub:11165
“Mensa” yüksək İQ səviyyəsinə malik insanları birləşdirən təşkilatdır. Bu günlərdə bu təşkilat “Metch.com” saytı ilə birgə yüksək intellektə malik insalara öz yarlarını tapmağa imkan verən layihəni işə salıb.
AzVision.az-ın məlumatına görə, tanışlıq saytı “Mensa Match” adlanır.

Bu saytda qeydiyyatdan keçmək üçün İQ səviyyəni müəyyənləşdirən online-test həll olunmalıdır: Əgər nəticə 130-dan aşağı olsa, onda istifadəçi saytda qeydiyyatdan keçə bilməyəcək.

Bu arada, testdən keçmək istəyən istifadəçilər bir dollar ödəməlidirlər. Artıq “Mensa” təşkilatında qeydiyyatdan keçən intelektual şəxslər isə saytda qeydiyyatdan ödənişsiz keçə bilərlər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti