Prezident seçkilərində 1 milyon moskvalı elektron səs verib

Prezident seçkilərində 1 milyon moskvalı elektron səs verib
  15 Mart 2024    Oxunub:860
Rusiyada keçirilən prezident seçkilərinin ilk yarım saatı ərzində Moskvada 1 milyondan çox insan məsafədən elektron səsvermədə iştirak edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda keçiriləcək seçkilərin monitorinqi üzrə İctimai Qərargah məlumat yayıb.

“Bir milyon insan artıq öz seçimini elektron şəkildə edib. Onlayn səsvermə görünməmiş populyarlıq qazanır”, - qərargahın rəhbəri Vadim Kovalev deyib.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri başlayıb. Seçkidə distant formatda səsvermə də təşkil olunub. Proses martın 17-sinə kimi davam edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti