Vu Honqbo: Yoxsulluq böyük təlatümlərə gətirib çıxara bilər

      Vu Honqbo:    Yoxsulluq böyük təlatümlərə gətirib çıxara bilər
  14 Mart 2024    Oxunub:914
Parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolu bütün dünya insanlarının birləşməsidir.
AzVision.az xəbər verir ki, bunu Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin keçmiş müavini, Çinin Almaniyadakı sabiq səfiri Vu Honqbo XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

“Dünya parçalanır. Bunun qarşısını almağın yollarından biri müxtəliflikdir. Məlumdur ki, bir nəfərin yaratdığı problem yüzlərlə insana sirayət edir. Birləşmiş Millətlər Təşkilatı müsbət istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Ticarətin inkişafı vacib məsələlərdən biridir. Dünyanı bərpa edərək hər kəs bundan bəhrələnməlidir. Çünki yoxsulluq böyük təlatümlərə gətirib çıxara bilər. Mühit təmiz və aydın qurulmalıdır. İqtisadi təşkilatın qarşısında duran vacib məsələlər var. Dünya sülh və əmin-amanlıqla qurulmalıdır. Gələcək üçün bu vacib amildir”, - deyə o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti