Ermənistanın keçmiş baş naziri sərsəmlədi: "Qarabağı qaytarmalıyıq"

   Ermənistanın keçmiş baş naziri sərsəmlədi:    "Qarabağı qaytarmalıyıq"
  14 Mart 2024    Oxunub:848
Ermənistanın Azadlıq meydanında mitinq keçirilib.
AzVision.az xəbər verir ki, mitinqdə çıxış edən keçmiş baş nazir Hrant Baqratyan “Birgə” hərəkatının keçirdiyi mitinqə bu dəfə əvvəlki aksiya ilə müqayisədə daha çox adam toplandığını deyib. O ümid edib ki, növbəti mitinqlərdə meydanda daha çox adam olacaq.

Baqratyan erməni xalqını zombiyə bənzətdi
Baqratyan qeyd edib ki, “Biz həmişə oturub hökumətdən arqument gözləyə bilmərik, mövcud vəziyəti özümüz dəyişməliyik. Ölkənin regionlarına səfərlərimizi davam etdirəcəyik, bütün bu aktivliyimizi bir gün İrəvanda həlledici mitinqlə birləşdirəcəyik”.

Eks-baş nazir ictimaiyyətə müraciət edib və ermənilərdən çox şeyin asılı olduğunu vurğulayıb.

Baqratyan sərsəm iddialar səsləndirərək revanşist xəyallarını da ortaya qoyub: “Paşinyana güclü olduğunuzu göstərin. Hakimiyyət bizi aldatmasın. Bizim vəzifəmiz Ermənistan dövlətini itirməmək və "Artsax"ın (Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə verdikləri qondarma ad-red.) qaytarılması istiqamətində işə başlamaqdır. Biz "Artsax"ı qaytarmalıyıq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq  





Xəbər lenti