NYT: "Kiyev ABŞ-nin 300 milyonunu bir neçə həftəyə xərcləyəcək"

    NYT:   "Kiyev ABŞ-nin 300 milyonunu bir neçə həftəyə xərcləyəcək"
  14 Mart 2024    Oxunub:1228
Ukrayna ABŞ-nin 300 milyon dollarlıq yeni yardım paketi ilə uzun müddət mübarizə apara bilməyəcək.
Bu fikirlər "The New York Times"da (NYT) dərc olunan məqalədəndir.

Newsweek: "Zelenski Qərbi aldatdı"
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da məlum məbləğin Kiyevin döyüş ehtiyaclarını ödəmək üçün kifayət etmədiyini deyib. Həmçinin, yeni yardım paketi Ukrayna Silahlı Qüvvələrində mərmi çatışmazlığı probleminə də kömək etməyəcək.

Qeyri-hökumət təşkilatı Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri Sergey Kuzan isə yeni paketin proseslərə təsirinin minimal olacağını proqnozlaşdırıb. O, Sallivanın bəyanatını dəstəkləyib. Kuzanın sözlərinə görə, ukraynalılar 300 milyon dolları bir neçə həftə ərzində xərcləyəcəklər.

Məqalədə Kiyev nümayəndələrinin bu mövzuda olan bəyanatları da xatırladılıb. Rəsmilər deyirlər ki, Ukrayna Silahlı Qüvvələri daha çox silah və mərmi almayacağı təqdirdə yeni ərazilər itirməkdə davam edəcək. ABŞ Konqresinin Nümayəndələr Palatasında vəd etdiyi 60 milyard dollar isə artıq bir neçə aydır ki, gecikir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ   Yardım  





Xəbər lenti