“Paris və Kiyev arasında razılaşma Fransanın dağılmasına səbəb ola bilər”

   “Paris və Kiyev arasında razılaşma Fransanın dağılmasına səbəb ola bilər”
  14 Mart 2024    Oxunub:820
Paris və Kiyev arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi Fransanın dağılmasına səbəb ola bilər.
Bu fikri “Vətənpərvlər” partiyasının lideri Florian Filippo deyib. Onun sözlərinə görə, Fransa və Ukrayna arasında qeyri-qanuni hərbi müqavilə Parisi süquta və müharibəyə aparır.

Fevralın 16-da Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş çərçivəsində Paris Kiyevə “əməkdaşlığın bütün aspektlərini” əhatə edəcək 3 milyard avro dəyərində əlavə hərbi yardım verməyi planlaşdırır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti