Beynəlxalq dərəcəli hakimimiz UEFA-dan təyinat alıb

   Beynəlxalq dərəcəli hakimimiz UEFA-dan təyinat alıb
  13 Mart 2024    Oxunub:884
Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
AzVision.az xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II turunda Niderlandda keçiriləcək A liqasının 5-ci qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.

S.Nuriyeva martın 14-də İspaniya – Türkiyə, 17-də Niderland – Türkiyə, 20-də isə Türkiyə – Ukrayna qarşılaşmalarında iş başında olacaq.

AzVision.az


Teqlər: idman   futbol   hakim   UEFA  





Xəbər lenti