Cənubi Afrikada üç rahibi öldürən şəxs ələ keçdi

 Cənubi Afrikada üç rahibi öldürən şəxs ələ keçdi
  13 Mart 2024    Oxunub:890
Cənubi Afrika polisi bir gün əvvəl üç Kopt Pravoslav Kilsəsinin rahibinin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə BBC media qrupu məlumat yayıb. O qeyd edib ki, qətllət Pretoriyadan 30 km şərqdə yerləşən kiçik şəhər olan Cullinanda yerləşən St Mark və Confessor Samuel monastırında baş verib. Daha bir rahib yaralanıb.

Cənubi Afrika polisinin sözçüsü polkovnik Dimakatso Nevhukhulvinin sözlərinə görə, qətllər bıçaqla törədilib. Hücum edənlər monastırı tərk edərək heç bir qiymətli əşya götürmədən yoxa çıxıblar. Həbs edilən şəxsin adı açıqlanmır.

AzVision.az


Teqlər:





Xəbər lenti