Putin: "Finlandiya NATO üzvü olduğü üçün sərhəddə dağıdıcı sistemlər yerləşdirəcəyik"

   Putin:    "Finlandiya NATO üzvü olduğü üçün sərhəddə dağıdıcı sistemlər yerləşdirəcəyik"
  13 Mart 2024    Oxunub:866
Rusiya prezidenti Vladimir Putin NATO-nun sərhədləri genişləndirməsindən danışıb.
O, "Rossiya 1”-ə verdiyi müsahibədə qeyd edib ki, Finlandiyanın NATO-ya üzv olması ilə bağlı verdiyi qərar təhlükəsizlik vəziyyətini yaxşılaşdırmayıb.

Putin: "Nüvə müharibəsinə hazırıq!"
Rusiya lideri xatırladıb ki, Rusiya-Finlandiya sərhədində hətta hərbi birləşmələr, qoşunlar belə olmayıb. Putinin fikrincə, bu, finlandiyalıların milli maraqları baxımından tamamilə mənasız addımdır.

"Bununla belə, qərar vermək onların öz ixtiyarındadır. Finlandiya belə qərar verdi. Amma orada qoşunumuz yox idi, indi yerləşdirəcəyik. Dağıdıcı sistemlər yox idi, o da olacaq", - Putin qeyd edib.

Prezident vurğulayıb ki, həm Finlandiya, həm də İsveç Avropada gərginliyi azaltmaq üçün danışıqlar platforması olmaq, neytrallığa sadiq qalmaqla daha çox fayda qazanırdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   NATO   Finlandiya  





Xəbər lenti