Şarl de Qollun böyük oğlu vəfat edib

   Şarl de Qollun böyük oğlu vəfat edib
  13 Mart 2024    Oxunub:1273
Fransanın tarixi lideri, general Şarl de Qollun böyük oğlu admiral Filip de Qoll 103 yaşında vəfat edib.
Bu barədə Agence France-Presse məlumat yayıb. Filipp de Qoll çərşənbə axşamından çərşənbəyə keçən gecə son iki ildə yaşadığı Milli Əlillər İnstitutunda vəfat edib.

Filipp de Qoll 28 dekabr 1921-ci ildə Parisdə anadan olub. O, atasının da oxuduğu Stanislav de Paris Kollecində təhsil alıb və daha sonra Fransa Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. İkinci Dünya Müharibəsi illərində La-Manş Kampaniyası və Atlantik Döyüşündə iştirak edib. 1943-cü ildə leytenant rütbəsinə yüksələn de Qoll Fransa döyüşündə tağım komandiri vəzifəsinə kimi qalxıb.



25 avqust 1944-cü ildə Parisin azad edilməsində iştirak edib və hətta güllələnmə riski ilə təkbaşına və silahsız almanlarla danışıqlar aparıb. 1944-1945-ci illərin qışında Voqezdə döyüşüb. Müharibədən sonra hərbi karyerasını Fransız dəniz aviasiyasının pilotu kimi davam etdirib və Paris Bölgəsi üzrə Dəniz Aviasiyasının Komandanı təyin edilib (1964-1966).



1967-1968-ci illərdə o, Syuffren raket freqatına komandirlik edib. 1971-ci ildə ona kontr-admiral rütbəsi verilib. Daha sonra 1974-1975-ci illərdə Dəniz Hava Patrul Komandiri vəzifəsində çalışmış və 1975-ci ildə vitse-admiral rütbəsinə yüksəlib. 1976-1977-ci illərdə Atlantik Donanmasının komandiri olub, 1977-ci ildə isə eskadranın vitse-admiralına yüksəlib. 1986-2004-cü illərdə de Qoll Parisdən Fransa senatoru vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti