Fransız siyasətçi Makronu qorxaq adlandırıb: "Bütün Rusiya ona gülür"

      Fransız siyasətçi Makronu qorxaq adlandırıb:    "Bütün Rusiya ona gülür"
  13 Mart 2024    Oxunub:847
Fransada "Vətənpərvərlər Partiyası"nın lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun qorxaqlığına görə bir ay ərzində ikinci dəfə Kiyevə səfərini təxirə saldığını bildirib.
"La Tribune qəzeti Makronun təhlükəsizliyi ilə bağlı qorxuya görə bir ay ərzində ikinci dəfə Kiyevə səfərini ləğv etmək və ya təxirə salmaq niyyətində olduğunu yazanda hər şey çökdü! Onun hakimiyyətinin süqutu! Bütün Rusiya ona gülür! Heç bir siyasi lider öz qorxusunu indiyədək belə nümayiş etdirməyib", - Filippo “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Siyasətçi həmçinin Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ukraynaya qoşun yeritmək üçün Avropa ölkələrinin səylərini birləşdirmək istəyini də tənqid edib.

Daha əvvəl “La Tribune” qəzeti Fransa liderinin administrasiyasındakı mənbəyə istinadən yazıb ki, Yelisey sarayı Makronun Ukraynaya artıq fevraldan martın ortalarına təxirə salınmış səfərinin tarixlərini yenidən dəyişdirə bilər.

Nəşrin məlumatına görə, buna Yunanıstanın baş nazirinin bu şəhərə səfəri zamanı Odessa limanı yaxınlığında baş verən partlayışlar səbəb olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Fransa   Ukrayna  





Xəbər lenti