Qətər XİN: "Qəzzada atəşkəs naminə işlər görürük" - VİDEO

      Qətər XİN:    "Qəzzada atəşkəs naminə işlər görürük" -    VİDEO
  12 Mart 2024    Oxunub:1094
"Tərəfləri razılığa gətirmək üçün vasitəçi kimi hər cür imkanımızdan faydalanırıq".
AzVision.az xəbər verir ki, bu sözləri Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari həftəlik media brifinqində deyib.

"Hər iki tərəflə müsbət və konstruktiv şəkildə danışıqlar aparır, məsələnin diplomatik çərçivədə həllinə çalışırıq", - sözçü deyib.

ABŞ Dövlət katibi Antoni Blinken də müsəlmanlara Ramazan ayının başlaması münasibətilə təbrikində Qəzza zolağında vəziyyətin daha da ağırlaşdığını vurğulayaraq, ən azı altı həftə ərzində dərhal və davamlı atəşkəsə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   atəşkəs   Qətər   ABŞ  





Xəbər lenti