Slovakiyanın müdafiə naziri: "Ukraynalı qaçqınlar cəbhəyə göndərilsin"

Slovakiyanın müdafiə naziri:    "Ukraynalı qaçqınlar cəbhəyə göndərilsin"
  12 Mart 2024    Oxunub:773
"Ukraynaya NATO qoşunları göndərməklə bağlı müzakirələrdən əl çəkməyin vaxtı çatıb. Bunun əvəzində hərbi yaşda olan ukraynalı qaçqın kişilər döyüşmək üçün evlərinə göndərilməlidirlər".
AzVision.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Robert Kaliniak deyib.

Onun sözlərinə görə, qaçqınlar arasında Ukraynanın səfərbərlik haqqında qanununa uyğun gələn yaş qrupları da var. Onlar nə uşaq, nə qadın, nə də yeniyetmə və ya qoca deyillər.

Kaliniak qeyd edib ki, 300 minə yaxın ukraynalı kişi 2022-ci ilin fevralından ölkəni tərk edib və mövcud səfərbərlik qaydalarına əsasən qanuni şəkildə hərbi xidmətə cəlb oluna bilərlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Slovakiya   Qaçqın  





Xəbər lenti