ADRA fəaliyyətində dronlardan istifadəyə başlayır

ADRA fəaliyyətində dronlardan istifadəyə başlayır
  12 Mart 2024    Oxunub:1025
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) fəaliyyətində innovativ həllərin, yeni texnologiyaların aktiv tətbiqi işini davam etdirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, açıq məkanda reklam sahəsində dünya təcrübəsinin öyrənilməsi və bu yöndə həyata keçirilən yeniliklərin araşdırılması nəticəsində agentlik tərəfindən dövriyyəsinə xüsusi icazə alınmış uzunmüddətli uçuş, eyni zamanda yüksəkkeyfiyyətli çəkiliş imkanına sahib pilotsuz uçuş aparatları (dronlar) əldə edilib.

Ölkə ərazisində açıq məkanda reklam yayımı sahəsində tənzimləmə və nəzarət tədbirlərinin həyata keçirilməsində yeniliklərin tətbiqi, o cümlədən reklam bazarının ölçülməsi və onun iqtisadi fəallığının stimullaşdırılması, çətin görünən reklamların məsafədən aşkarlanması məqsədilə əldə olunan pilotsuz uçuş aparatlarının istifadəsinə başlanılır. Dron çəkilişlərindən istifadə insan əməyi sərf etmədən hündürlükdə (binalar üzərində və s.) yerləşən reklam qurğularının dayanıqlılığı, bərkidici hissələrinin mövcud vəziyyəti haqqında dəqiq məlumatları, müxtəlif relyefli ərazilərdə reklam qurğularının yerləşdirilməsi xəritəsinin hazırlanması üçün lazım olan foto və videomaterialları əldə etmək və bu kimi digər imkanlar yaradacaq.
AzVision.az



Teqlər: ADRA  





Xəbər lenti