Məşhur müğənni yuxudan ayılmadı

Məşhur müğənni yuxudan ayılmadı
  12 Mart 2024    Oxunub:909
"Raspberries" qrupunun keçmiş solisti, məşhur pop müğənnisi Erik Karmen 74 yaşında ABŞ-da vəfat edib.
Bu barədə müğənninin həyat yoldaşı Emi məlumat yayıb. Onun başsağlığı açıqlaması musiqiçinin saytında dərc olunub.

"Bizim sevimli və istedadlı Erikimiz həftə sonu yuxuda dünyasını dəyişdi. Zəhmət olmasa, böyük itkimizi yas tutduğumuz üçün ailənin şəxsi həyatına hörmətlə yanaşın", - Karmenin həyat yoldaşı yazıb.

Erik Karmenin musiqi karyerası 50 ildən çox davam edib. 1970-ci ildə "Let's Pretend" və "Get All the Way" kimi hitlərlə tanınıb. Karmen üzvü olduğu musiqi qrupunun dağılmasından sonra solo karyerasına başlayıb və xeyli mahnı bəstələyib. Onlardan ən məşhurları - "All By Self", "Never Gonna Fall in Again", "Hungry Eyes", "She Did It" və "Make Me Lose Control" indi ən yaxşı klassik mahnılar sırasındadır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Müğənni  





Xəbər lenti