Koçubayevin İrəvanda qarət olunması siyasi təzyiqdir?

 Koçubayevin İrəvanda qarət olunması siyasi təzyiqdir?
  12 Mart 2024    Oxunub:816
Ermənistanın tanınmış vəkillərindən olan Aleksandr Koçubayevin avtomobili müəmmalı şəkildə qarət edilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar vəkilin yaxın dostu siyasi fəal Erik Aleksanyana istinad ediblər. Aleksanyanın sözlərinə görə, maşından içində noutbuk olan çanta götürülüb və bu adi, təsadüfi oğurluq hadisəsi deyil.

Məşhur erməni vəkili MTX yaxınlığında öldürmək istədilər
O iddia edib ki, dostu müəyyən qüvvələr tərəfindən açıq şəkildə hədəfə alınıb. Çünki oğru heç vaxt pulu maşında qoyub getmir. Ona yalnız çanta lazım olub.

Eyni zamanda, həmçin şəxslər bu cür təzyiqlərlə Aleksandr Koçubayevin fəaliyyətini iflic etməyə çalışırlar: "ÇÜnki oğurlanmış noutbukda onun yüksək profilli işlərinə dair materiallar olub. Ümid edirik ki, hüquq-mühafizə orqanları bu məsələyə tez bir zamanda baxacaqlar”.

Qeyd edək ki, Qoçubayev daha çox müxalifəti təmsil edən vəkil kimi tanınır. Aleksandr hətta ötən il Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon həbs edilərkən onun vəkili olub.

Son illər Ermənistanda vəkillərə təzyiq halları artıb. Bundan öncə ermənilərin başqa bir tanınmış vəkili Qayane Papoyana hücum olmuşdu. Məsələnin maraqlı tərəfi isə odur ki, vəkil Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısında ölümlə hədələnmişdi. Naməlum şəxs MTX-nin nəzarət-buraxılış məntəqəsinin həyətyanı sahəsində kəsici-deşici alətlə vəkili vurmağa çalışmışdı.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Vəkil   Qarət  





Xəbər lenti