Ermənistan və Hindistan miqrasiya prosesini sadələşdirir

   Ermənistan və Hindistan miqrasiya prosesini sadələşdirir
  12 Mart 2024    Oxunub:953
İrəvan və Dehli Ermənistanda əmək miqrasiyası prosesinin təşkilini asanlaşdıracaq mexanizmlər yaratmaq üçün güclərini birləşdirəcəklər.
Bu barədə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bu qərar Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın Hindistana səfəri zamanı qəbul edilib və orada hindistanlı həmkarları ilə müvafiq razılaşmalar əldə olunub.

Təşəbbüs Ermənistanda iş axtaran Hindistan vətəndaşlarının artan axını fonunda irəli sürülüb. Müzakirələr çərçivəsində tərəflər əmək və məşğulluq sahəsində anlaşma memorandumunun bağlanmasını nəzərdən keçirir.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, 2023-cü ilin dekabrına olan məlumata görə, Hindistan vətəndaşlarının Ermənistana daxil olması ilə bağlı 54 582 fakt qeydə alınıb. Ermənistanda onlar əsasən xidmət sektorunda və tikintidə çalışırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti