"The Guardian": Ukrayna ordusunun həkimləri ölümlə bağlı rəsmi rəqəmlərə inanmırlar

   "The Guardian":    Ukrayna ordusunun həkimləri ölümlə bağlı rəsmi rəqəmlərə inanmırlar
  11 Mart 2024    Oxunub:977
Ukraynalı həkimlər Kiyevin həlak olan hərbçilərlə bağlı yaydığı rəsmi məlumatları dezinformasiya sayırlar.
Bu fikirlər Britaniyanın “The Guardian” qəzetində dərc olunan məqalədəndir.

"Yaralı əsgərlərlə işləyən əksər ukraynalı ölənlərin sayının rəsmi hesablamalardan çox olduğuna inanır", - nəşr yazıb.

"N.İ.Piroqov adına Birinci Könüllü Mobil Hospitalın" tibbi direktoru Svetlana Druzenkonun hətta bir məqamı da xatırladıb ki, hərbçilərin cəsədləri döyüş meydanından götürülməsə, onun ölümü təsdiqlənmir.

Xatırladaq ki, bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin 2022-ci ilin fevralından bəri 31 itki verdiyini demişdi. Bununla belə, o əlavə edib ki, yaralı və itkin düşən hərbçilərin sayını açıqlaya bilməz.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti