Aralıq dənizində 4,7 bal gücündə zəlzələ olub

   Aralıq dənizində 4,7 bal gücündə zəlzələ olub
  10 Mart 2024    Oxunub:1125
Aralıq dənizi sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Antalyanın Demre rayonundan 19,08 kilometr aralıda olub. Zəlzələnin ocağı 35,12 kilometr dərinlikdə yerləşib.

AzVision.az


Teqlər:





Xəbər lenti