"Avroviziya-2024"də təmsilçimiz müəyyənləşib

   "Avroviziya-2024"də təmsilçimiz müəyyənləşib
  07 Mart 2024    Oxunub:934
"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Fahree (Fəxri İsmayılov) təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Bildirilib ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.

Əvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapır.

AzVision.az


Teqlər: Avroviziya   Azərbaycan   təmsilçi  





Xəbər lenti