ABŞ-nin İsraildəki səfiri: "Atəşkəsə hələ ümid var"

      ABŞ-nin İsraildəki səfiri:    "Atəşkəsə hələ ümid var"
  07 Mart 2024    Oxunub:1005
Amerika Birləşmiş Ştatlarının İsraildəki səfiri Cek Lü Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəslə bağlı danışıqların hələ ki dalana dirənmədiyini söyləyib.
AzVision.az xəbər verir ki, səfir bu barədə Tel-Əvivdə baş tutan konfransda söyləyib.

"Doğrudur, tərəflər hələlik razılığa gəlməsələr də, danışıqlarda ixtilaflı fikirlər getdikcə azalır. Hər kəs yaxınlaşan Ramazan ayını gözləyir. Uğurlu nəticə çıxacaqmı, deyə bilmərəm, ancaq ümid var", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   Qəzza   atəşkəs  





Xəbər lenti