Bakı Kitab Mərkəzində Qadınlar Gününə həsr olunmuş poeziya axşamı keçirilib - FOTOLAR

   Bakı Kitab Mərkəzində Qadınlar Gününə həsr olunmuş poeziya axşamı keçirilib -    FOTOLAR
  07 Mart 2024    Oxunub:704
Martın 7-də Bakı Kitab Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif duyğular” adlı musiqili poeziya axşamı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkəmizin bütün xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında D.Şostakoviç, Q.Qarayev, T.Quliyev, R.Hacıyev kimi dahi bəstəkarların əsərləri səsləndirilib.

Qiraətçi Hüseynağa Aslanovun aparıcılığı ilə keçirilən konsertdə qadınlara ithaf olunmuş şeirlər də yer alıb.

Tədbir çərçivəsində rəssam Kənan Əliyev və heykəltəraş Namiq Hüseynovun əsərlərindən ibarət “Danışan zərif əllər” adlı sərgi təşkil olunub.

AzVision.az

Qalereya




Teqlər: Bakı-Kitab-Mərkəzi   Qadınlar-Günü   poeziya   tədbir  





Xəbər lenti