Gəlinin toyu oldu, amma bəysiz - FOTOLAR

Gəlinin toyu oldu, amma bəysiz - FOTOLAR
  27 İyun 2014    Oxunub:1237
Türkiyənin Kocaəli bölgəsində litsey müəlliməsi 38 yaşlı Özləm Yet özünə toy çaldırıb. O toyu ilə tarixə düşüb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Özləm müəllimə işlədiyi məktəbin həyətində bəysiz toy edib.

Bəydən başqa heç bir şeyin əskik olmayan toyda bütün detallar xırdalıqlarına qədər planlaşdırılıb. Gəlinin dostları bəzədikləri maşınla gəlini gözəllik salonuna aparıblar, saç və makyajdan sonra gəlinliyi geyinən 38 yaşlı müəllim gəlin maşınına minərək toy keçirilən yerə gəlib.

Toya gələn qonaqlar gəlinə qızıl hədiyyə ediblər.

Özləm Yet mətbuata açıqlamasında bildirib ki, bəysiz toy keçirmək onun xəyalı idi və o öz istəyini gerçəkləşdirdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti