Taleh Kazımov Qətər Mərkəzi Bankının sədri ilə görüş keçirib

   Taleh Kazımov Qətər Mərkəzi Bankının sədri ilə görüş keçirib
  04 Mart 2024    Oxunub:1106
Azərbaycan Mərkəzi Bankı (AMB) və Qətər Mərkəzi Bankı arasında qarşılıqlı əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" hesabında bildirib.

"BƏƏ-yə baş tutan məhsuldar səfərimizdən sonra bu gün Qətər dövlətində nəzərdə tutulan görüşlərimizə Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səid Al Tani ilə Doha şəhərində keçirdiyimiz görüşlə başladıq. Görüş zamanı hər iki ölkədə maliyyə sektorunun cari vəziyyəti və aparılan islahatlar, həmçinin ölkələrimiz arasında, xüsusən mərkəzi banklar, eləcə də maliyyə sektoru arasında qarşılıqlı əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr apardıq", - o yazıb.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   sədr   görüş   Qətər  





Xəbər lenti