"Ağdamda minaya düşən şəxsin hər iki ayağı amputasiya olunub" - TƏBİB

   "Ağdamda minaya düşən şəxsin hər iki ayağı amputasiya olunub" -    TƏBİB
  04 Mart 2024    Oxunub:651
Dünən Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşən Abbasov Bəxtiyar Yaqub oğlunun vəziyyəti açıqlanıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxs minaya düşmə səbəbilə 03.03.2024-cü il tarixində saat 11:36 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub, əməliyyat olunub.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, Vəziyyəti orta ağır stabil qiymətləndirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti