Ermənistanda pedofil hərbçi saxlanılıb

   Ermənistanda pedofil hərbçi saxlanılıb
  04 Mart 2024    Oxunub:698
Ermənistanda pedofil hərbçi həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə "İravaban" nəşri məlumat yayıb. Qeyd edilir ki, K.S. azyaşlıya nalayiq hərəkətlər etdiyi üçün ona qarşı ağır ittihamlar irəli sürülüb.
"İş məhkəməyə fevralın 19-da göndərilib və proses hakim Samvel Mardanyana həvalə edilib. Hazırda Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət keçən K.S. A. S. adlı şəxslə “Instagram”da tanış olub.

Ermənistanda hərbçi yoldaşını öldürən şəxs saxlanıldı
A.S. 2009-cu il təvəllüdlüdür və hələ 14 yaşı tamam olmayıb. Sosial şəbəkədən istifadə edən hərbçi sonuncuya münasibətdə qəsdən nalayiq hərəkətlər edib.

Təqsirləndirilən şəxs hətta sosial şəbəkədə azyaşlı ilə cinsi söhbətlər zamanı qızı tamamilə soyunmağa və cinsiyyət orqanını göstərməyə də dəvət edib. Nəticədə A.S. aldanaraq özünü çılpaq şəkildə lentə alıb, videonu K.S.-yə göndərib",- məqalədə yazılıb.
Nəşr yazır ki, hərbçi barəsində həbs-qətimkan tədbiri seçilib məhkəmənin hazırlıq iclası martın 4-ünə təyin olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbçi   Pedofil  





Xəbər lenti