Göyçayda ağır yol qəzası: Üç nəfər ölüb

 Göyçayda ağır yol qəzası:  Üç nəfər ölüb
  04 Mart 2024    Oxunub:795
Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü,1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti