"Sabah" və "NTD-İndiqo" qalib gəlib

"Sabah" və "NTD-İndiqo" qalib gəlib
  02 Mart 2024    Oxunub:668
Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.
AzVision.az xəbər verir ki, B qrupunun ilk görüşü "Sabah" və "Şəki" komandaları arasında baş tutub. "Sərhədçi" İdman Mərkəzində keçirilən matç paytaxt təmsilçisinin 103:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər qarşılaşmasında isə "NTD-İndiqo" "Sərhədçi"ni 104:70 hesabı ilə məğlub edib.

Qeyd edək ki, iki turdan sonra "NTD-İndiqo" 4 xalla liderdir. "Sərhədçi" 3 xalla 2-ci, "Sabah" isə iki xalla 3-cü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti