ABŞ Qəzzaya ilk dəfə hava yardımı göndərib - YENİLƏNİB

   ABŞ Qəzzaya ilk dəfə hava yardımı göndərib -  YENİLƏNİB
  02 Mart 2024    Oxunub:1097
Üç "Lockheed C-130 Hercules" təyyarəsi ABŞ-nin Qəzzaya ilk humanitar yardımını çatdırıb.
ABŞ Mərkəzi Komandanlığı hava yardımı ilə bağlı "X" hesabında bəyanat yayıb.

Bildirilib ki, İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birgə həyata keçirilmiş yardım 38 min ərzaq paketindən ibarətdir.

* * *

19:11
AzVision.az xəbər verir ki, yardım dəstəyi prezident Co Baydenin göstərişi ilə həyata keçirilib.

Beynəlxalq Xilasetmə Komitəsi ABŞ-nin bu addımını qeyri-adekvat kimi qiymətləndirib.

"Havadan yardım böhranı aradan qaldırmaq üçün həll yolu deyil. Bütün diplomatik diqqət Qəzzada mühasirənin aradan qaldırmasına yönəldilməlidir", - komitə vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Qəzza   yardım  





Xəbər lenti